Həsən Mirzə
 
 
Avtobioqrafiya

Mirzəyev Həsən İbrahim oğlu (Həsən Mirzə) 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1977-ci ildə Marksizm-Leninizm Universitetini fərqlənmə diplomları ilə bitirmiş, 1965-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq, 1968-ci ildə dosent, 1990-cı ildə isə professor diplomlarını almışdır. Dilçi-türkoloqdur. 21 ildir ki, «Müasir Azərbaycan dili» kafedrasına rəhbərlik edir. 21 noyabr 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, YAP-ın üç qurultayının üçündə də YAP siyasi şurasına üzv seçilmişdir. “91”-lərin ağsaqqallarından biridir. 1957-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə daxil olmuş, 1990-cı il 24 yanvarda, 20 yanvar qırğınından sonra bu partiyanın üzvü olmaqdan imtina etmişdir. 1948-ci ildən bu günə qədər həmkarlar təşkilatının üzvüdür.

Böyüklü-kiçikli, müxtəlif səpkili (monoqrafiya, jurnal, qəzet məqalələri, tezis, tədris proqramı, şer və s.) 750-dən artıq yazının, o cümlədən 200-dən çox elmi əsərin müəllifidir. İndiyədək onun 25 kitabı, 8 tədris proqramı çap olunmuşdur (kitablardan ikisi şərikli, ikisi isə bədii əsərdir). 25 kitabdan on ikisi 15 cildlik külliyatına daxildir ki, bu 14 cildin ümumi həcmi 750 (yeddi yüz əlli) çap vərəqindən artıqdır. 3 kitabı da  çap olunmaq ərəfəsindədir. Müxtəlif səpkidə yazılmış 60 əsərin elmi redaktoru, 15-nin rəyçisi, 5-nin məsləhətçisi olmuşdur. 14 elmlər namizədi və elmlər doktorunun opponenti olmuş, xeyli elmlər doktoru və elmlər namizədi yetişdirmişdir. Rəhbərlik etdiyi «Müasir Azərbaycan dili» kafedrasında 21 il müddətində 8 nəfər filologiya elmləri doktoru yetişmişdir. İndi onun rəhbərliyi altında iki aspirant və bir dissertant dissertasiya müdafiə etmək ərəfəsindədir. O, indiyədək 24 magistrin (magistr dissertasiyasının), 85 diplomçunun (diplom işinin, buraxılış işinin) elmi rəhbəri olmuşdur.

Azərbaycan filologiyasının inkişafında prof. Həsən Mirzəyevin xidmətləri böyükdür. O, mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etmişdir. Prof. Həsən Mirzəyev Azərbaycan dilçiliyində fel bəhsi üzrə məktəb yaratmış, monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feli sifət, felin təsir kateqoriyası) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. «Dərələyəzin toponim və şivə sözləri», «Dərələyəz folkloru», «Qərbi Azərbaycanın Dərələyəz mahalı» (ensiklopedik məlumat) kimi sanballı monoqrafiyaları da o, ilk dəfə yazıb ortaya qoymuşdur.

Onun yazdığı 14 cild monoqrafiyaları (770 çap vərəqi) dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz bir xəzinədir. («Qərbi Azərbaycanın Dərələyəz mahalı» 71 ç.v.; «Azərbaycan dilində fel» 42 ç.v.; «Azərbaycan toponimləri və şivə sözləri» 45 ç.v.; «Seçilmiş elmi məqalələr» 55 ç.v.; «Azərbaycan dilində feli sifət və təsirli-təsirsiz fellər» 46,5 ç.v.; «Категория переходности / непероходности глагол в азербайджанском языке» 40 ç.v..; «Filologiya məsələlərinə dair tədqiqatlar, mülahizələr və rəylər» 54 ç.v.; «Dərələyəz folkloru» 64 ç.v.; «Deputatlıq fəaliyyəti» 47 ç.v.; «Müstəqillik uğrunda, mübarizə yollarında» 57 ç.v.; «Hanı o səndəki el, Dərələyəz» 66 ç.v.; «Elmi, pedaqoji fəaliyyətim və ömür yolumdan sətirlər 67 ç.v.); “Heydər Əliyev Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucusudur” 60 ç.v., “Deyilən söz yadigardır” (çıxışlar, müsahibələr, rəylər, məqalələr) 55 ç.v..

O, bu 14 cildlik kitabın dördünü ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf etmişdir. Onun çap olunmuş və çap ərəfəsində olan kitablarının ümumi həcmi 950 çap vərəqindən çoxdur.

            Uzun illər Azərbaycan Dövlət Pedoqoji Universitetində, Azərbaycan Milli EA-nın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitettində dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olmuş, ömrünün 50 ilini ali məktəb auditoriayalarında mühaziə oxumuş, 60 ildən artıq əmək fəaliyyəti dövündən bir çox vəzifələr (orta məktəb direktoru, dekan müavini, kafedra müdiri..) çalışmış, çoxlu qurultay və konfranslarda iştirak etmişdir. Dövlət nümayəndəsi sifaəti ilə bir neçə xarici ölkədə (İran və Türkiyədə) səfərdə olmuşdur.

            Onun ictimai-siyasi fəaliyyəti və şəxsiyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 260-dan artıq mənbədə xoşməramlı fikir və rəy vardır. İxtisasçıların onun yazdığı kitablar haqqında 120, namizədlik və doktorluq dissertasiyaları haqqında 39, elmi məqalələri haqqında 34 müsbət rəy çap olunmuşdur. Respublikanın 90-dan çox şair və şair təbiətli adamları onun şəxsiyyətinə və yaradıcılığına 170-dən artıq şer və 4 poema həsr etmişdir.  Bunların ümumi həcmi 6000 (altı min) misradan çoxdur.  Əmək fəaliyyəti dövründə bir çox təşkilat,  müəssisə, qurum tərəfindən o, 50-dən artıq rəğbətləndirməyə(fəxri fərman, fəxri ad, yazılı təşəkkür, adresat və s.) yatiq görülmüşdür.

            O, Respublika ali məktəb əlaçısı, əmək veteranı, YAP Siyasi Şurasının, Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür Qızıl qələm və Şərəf media mükafatlarının sahibidir. 2002-ci il noyabr ayının 26-da ümummilli lider Heydər Əliyevin fərmanı ilə Şöhrət orderninə, 3 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamə ilə Azərbaycan Respublikasının Əməkdar Elm xadimi fəxri adına, 13 aprel 2009-cu ildə prezidentin fərdi təqaüdünə laiq görülmüşdür. 2009-cu ildə Borçalı Cəmiyyəti tərəfindən Borçalı elinin fəxri vətəndaşı seçilmişdir. 16 aprel 2010-cu il tarixində Almaniyanın Hanover şəhərindəki Avropa Akademiyasının həqiqi üzvü seçilmişdir.

           17 iyul 2010-cu ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü(həqiqi üzvü) seçilmiş və Türk Dünyası ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətlərinə görə Uluslararası Qızıl Ulduz medalı ilə təltif edilmişdir.

             O, xeyli müddət Respublika Ağsaqqqalar Şurasının sədr müavini kimi fəaliyyət göstərmiş, 1959-cu ildə kənd sovetinə, 1990-cı ildə Bakı Şəhər Sovetinə, 1998-ci ildə birinci çağırış, 2000-ci ildə ikinci çağırış, 2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Milli məclisdə təhsil, etika və toponomika komissiyalarının üzvü olmuş və hal-hazırda da toponomika komissiyasının üzvüdür. 1998-ci ildə Məşəd, 2002-ci ildə Həcc ziyarətində olmuşdur, ailəlidir, 4 övladı, 10 nəvəsi, 5 nəticəsi var.

            Həsən Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmiş və ikinci Fəxri xiyabanda dəfn edilmişdir.

 

 

Mirzayev Hasan İbrahim oglu (Hasan Mirza) was born on November 26, 1927 in the village of Govushag in Daralayaz region in Western Azerbaijan. In 1948 Hasan left secondary school, in 1950he graduated from Nakhchvan State Pedagogical Institute, in 1955 Azerbaijan State Pedagogical Institute, in 1977 Marksizm-Leninizm University with an honour diplomas. In 1965 he defended his candidate and in 1987 his doctor dissertation on philology. In 1968 he received dosent and in 1990 professor diplomas. At present time he is a professor, doctor of philology, honoured scientist, head of the “ Chair of Modern Azerbaijan language” for 21 years. He is the member of NAP since 1992, 21 November, he was elected as a member of the Political Board in three sessions of NAP. He is one of the “91”s Agsaggal. He was the member of Communist party of the Soviet Union. He refused the membership of this party in 1990, 24 January after the carnage of 20 January. He is the member of the Trade Union Organization since 1948.

He is the author of more than 750 works ( monographies, journals, and newspaper articles etc) the same more than 200 scientific works. Up to date he has published 25 books,eight of them educational programs and two of them are coauthory and the others are literary books. From his 25 books 14 are include to his 15 comleted works. The general volume of 14 books is more than 750 sheets. Now his 3 books are in the process of publishing. He is the editor of more than 60 different works, reviewer of 15 manuals and supervisor of 5 books. He was opponent of 14 candidate of philology, doctors and candidates of science. It is already 21 years he is at the head of the “Chair of Modern Azerbaijan language”. In the period of these years 8 members of the chair defend doctor of sciences dissertation. Now 2 post graduate students and a researcher are in the prosses of defending dissertation. 3 of his post graduators will defend ph.d. dissertation soon. Up to date he was supervisor of 24 master students dissertation and 85 persons diplomas. 

Hasan Mirzayev played a great role in the development of Azerbaijan philology. While choosing topics for scientific works, dissertations he always tried to take unresearched or little investigated topics. Professor  Hasan Mirzayev established a school of “ Verb” in Azerbaijan philology, wrote monographies, researched a lot of  arguing topics in turkology for 150 years (participle, the category of transitive verbs) and concluded the arguments. Hasan Mirzayev has created a school in the field of verb investigation in linguistics. He has solved all arguments which had place in turkology and in education during 150 years. He has researched verb completely and put an end to all arguments among linguistics. His works published under the title of “Toponym and slang words of Daralayaz”. “Daralayaz Pholklore”, “Daralayaz region of Western Azerbaijan” (encyclopaedic information) fundamental monographies are published first.

His books consisting of 14 volumes(770 typographical units) monographies are the treasure to our history,geography, pholklore,( “ Daralayaz region of Western Azerbaijan” 71 pr.l., “ Verb in Azerbaijan language”,42 pr.l, “ Azerbaijani toponyms and slang words” 45 pr.l., “ Selected sientific aricles” 55pr.l., “ Participle and transitive-intransitive verbs”46.5pr.l., “ The category of transitive-intransitive verbs in Azerbaijan language” 40 pr.l., “Research, thoughts, dissensions and reviews in philology” 54pr.l.,  “Daralayaz Pholklore”, 64pr.l., “ Deputy activites”47pr.l., “ On the way to Independence” 57pr.l., “Wher is your population Darayalaz”66pr.l., “Scientific pedagogical activity and pages on my life”67pr.l., “Haydar Aliyev is the founder, architector and national leader of Azerbaijan Republic.”(60 lines), “The words said is the present” (reports, interviewers)55pr.l.etc.)

Out of his 14 books 4 were devoted to the honour of our great leader Haydar Aliyev. The total volume of his published and at the same time the books which are going to be published constitute 950 typographical units.

For a long time he had been the member of specialized Defence Board of Azerbaijan State Pedagogical University, at the Linguistic Institute of National Academy if Sciences, Baku State University, 50 years he delivered lectures in auditorium in his 60 years of his long life worked in different occupations (director of secondary school, deputy dean, head of the chair and so on). He was elected delegate to many conferences and sessions, symposiums. He visited several foregn countries ( Iran and Turkey) as a member of state.

More than 260 mass media sources highly praised his social and public works. These books were appreciated by 120 candidates and on doctorship dissertation 39, on scientific abstracts by 34 specialists. More than 90 poets and poet natured people devoted 170 verses and 4 poems to the honour of Hasan Mirzayev’s life and activity. Their total volume is more than 6000 lines. All his life long activities he received more than 50 sympathetic reviews,(honary decrees, honary name, written congratulation and address) by different organizations. He is a secondary and high school excellency, Labour Veteran. He is also the member of Political Buro of New Azerbaijan Party, member of Writers Union and Journalists. He was awarded “ Golden Pen”, “Mass Media Honary Prize”, on november 26.2002, he was awarded “Order of Honour” by the national Leader Heydar Aliyev. On october 3,2007 Hasan Mirza was awarded “Order of Honour” for his merit by President Ilham Aliyev. On april13.2009 he was awarded “Personal President Grant” by President Ilham Aliyev. He was elected an honory citizen of Borchali region by Borchali society in 2009. On april16.2010 he was elected as a perminent member of European Academy in Hanover city in German.

For a long time he acted as a deputy of the Chairman of Republic Head Organization of the Agsaggallar Board (Aged People Board). He had been elected as a member of village Soviet in 1959, Baku City Soviet in 1990, the first session of Milli Majlis in 1998, second session of Milli Majlis in 2000. He had also been the member of the committee of education , ethics and toponomy of Milli Majlis. Up to date he is the member of  toponomy commission .  In 1998 he made a pilgrimage to the  saint Moslem city Mashed and in 2002 to Makkah.

           He is married and has got 5 children, 10 grandchildren and one great grandson. 

           Hasan Mirzayev died on February 25, 2015 in Baku and was buried in the second Honorary Alley.

Həsən Mirzə